Kişi və qadın voleybolçular arasında Çempionlar Liqasının qalibinin adı müəyyənləşib.
ONA-nın məlumatına görə, Berlində baş tutan final qarşılaşmalarında İtaliya klubları qitənin ən güclüsü tituluna yiyələniblər.
Kişi voleybolçuların görüşündə "Çivitanova" Rusiya "Zenit"nə qalib gəlib. Onlar kazanlıları 3:1 (16:25, 25:15, 25:12, 25:19) hesabı ilə məğlub ediblər.
Qadın komandaların finalında isə 2 İtaliya klubu - "Novara" və "Konegliano" üz-üzə gəlib. Oyunda birincilər 3:1 (25:18, 25:17, 14:25, 25:22) hesabı ilə qələbə qazanıblar.