• İDMAN

    11:49 22 may 2019

İtaliya klubu Alessandro Nestanı istefaya göndərib

Alessandro Nesta İtaliyanın “Peruca” klubunun baş məşqçi postundan istefaya göndərilib.

ONA-nın məlumatına görə, 2018-ci ilin mayından komandaya rəhbərlik edən 43 yaşlı mütəxəssis B seriyası təmsilçisinin “sükanı arxası”nda bir il qalıb.

“Peruca” onun rəhbərliyi altında B seriyasında 9-cu yeri tutub. A.Nestanın yetirmələri yalnız “Palermo”nun cəzalanması sayəsində pley-offa yüksəlib.

Bu mərhələnin ilk görüşündə “Verona”ya 1:4 hesabı ilə uduzan perucalılar A seriyasına vəsiqə şansını itirib. A.Nestanı baş məşqçi postunda Massimo Oddonun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, futbolçu kimi İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu olan A.Nesta çıxış etdiyi “Latsio” və “Milan”da 5 dəfə İtaliya çempionu, 2 dəfə Çempionlar Liqasının, 1 dəfə Kuboklar kubokunun qalibi adını qazanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR