İtaliya kubokunun ilk finalçısı müəyyənləşib.
ONA-nın məlumatına görə, “Latsio” həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Bu, yarımfinalın cavab oyunları çərçivəsindəki ilk görüşdən sonra bəlli olub. Romalılar evdə qolsuz heç-heçə etdiyi “Milan”ı səfərdə məğlubiyyətə uğradıb.
“Latsio”nun finaldakı rəqibi aprelin 25-də keçiriləcək “Atalanta” – “Fiorentina” matçında bilinəcək. Komandaların Florensiyadakı görüşü 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, final oyunu mayın 15-də Romadakı Olimpiya stadionunda baş tutacaq.
İtaliya kuboku
Yarımfinal, cavab oyunu
24 aprel
“Milan” – “Latsio” – 0:1
Korrea, 58
İlk oyun – 0:0