Futbol üzrə İtaliya kubokunda yarımfinalın ilk oyunlarına yekun vurulub.
ONA-nın məlumatına görə, günün yeganə matçı Florensiyada baş tutub.
“Fiorentina” öz meydanında “Atalanta”nı qəbul edib. Məhsuldar keçən görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb. Komandalar arasında cavab oyunu aprelin 24-də keçiriləcək.
Qeyd edək ki, “Latsio” və “Milan” arasında keçirilən digər yarımfinalın ilk oyunu qolsuz başa çatıb.
İtaliya kuboku
Yarımfinal, ilk oyun
27 fevral
“Fiorentina” – “Atalanta” – 3:3
Kyeza, 33, Benassi, 36, Muriel, 79 – Qomes, 16, Pasaliç, 18, De Run, 58