• İDMAN

    19:33 10 oktyabr 2021

İtaliya UEFA Millətlər Liqasının bürünc mükafatçısı olub

Bu gün UEFA Millətlər Liqasının “Dördlər finalı”nın bürünc mükafatçısı müəyyənləşib.
ONA-nın məlumatına görə, İtaliya millisi matçın 46-cı dəqiqəsində hesabı açıb, Nikolo Barella fərqlənib.
Oyunun 65-ci dəqiqəsində baş hakim Belçika seçməsinin qapısına penalti zərbəsi təyin edib və Domeniko Berardi ikinci topu qapıdan keçirib. Qarşılaşmanın başa çatmasına üç dəqiqə (87-ci dəqiqə) qalmış Belçika yığmasında oyuna yenicə daxil olmuş Kevin de Brüynenin ötürməsindən sonra Şarl de Ketelare hesab arasındakı fərqi azaldıb.
Beləliklə, İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşmada italyanlar 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin həlledici görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Həmin görüşdə İspaniya və Fransa yığmaları üz-üzə gələcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR