• İDMAN

    01:44 24 mart 2019

İtaliya və İspaniya yığmaları AVRO-2020-nin seçmə mərhələsinə qələbə ilə başlayıblar

AVRO-2020-nin seçmə mərhələsində ilk tura yekun vurulub.

ONA-nın məlumatına görə, D, F və J qruplarında mübarizəyə start verilib.

Bu qruplarda ümumilikdə 8 oyun keçirilib. Qonaqlar D qrupunda baş tutan hər iki matçda qələbə qazanıblar. İsveçrə Gürcüstanda, İrlandiya isə ciddi müqavimətlə üzləşdiyi Cəbəllütariqdə qalib gəlməyi bacarıb.

F qrupunda isə bunun əksi yaşanıb. Bütün oyunlarda meydan sahibləri üç xal əldə ediblər. Maraqlıdır ki, qarşılaşmalarda eyni hesab qeydə alınıb. İsveç Rumıniya ilə görüşdə çətin, eyni zamanda vacib qələbə qazanıb. Malta isə tarixində 6-cı, son altı ildə ilk dəfə seçmə oyununda qalib gəlib. 205-ci belə matçına çıxan komanda Farer adalarını 2:1 hesabı ilə yenib. Qrupun favoriti İspaniya isə Norveçlə görüşdə çətinliklə üç xal qazanıb.

J qrupunda da üç matç keçirilib. İtaliya öz meydanında Finlandiyanı üstələyib. Bosniya və Herseqovina isə Ermənistana qalib gəlib. Səfərdə Lixtenşteynlə qarşılaşan Yunanıstan da seçmə mərhələyə qələbə ilə start verib.

Qeyd edək ki, bu gün seçmə mərhələnin II turuna start veriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
23 mart

D qrupu
18:00. Gürcüstan – İsveçrə - 0:2

Qollar: Zuber, 57, Zakaria, 80
Baş hakim: Kreyq Pouson (İngiltərə)
Tbilisi. Boris Payçadze “Dinamo” stadionu

21:00. Cəbəllütariq – İrlandiya – 0:1
Qol: Hendrik, 49
Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)
Cəbəllütariq. “Viktoriya” stadionu

1

İsveçrə

1

1

0

0

2-0

3

2

İrlandiya

1

1

0

0

1-0

3

3

Danimarka

0

0

0

0

0-0

0

4

Cəbəllütariq

1

0

0

1

0-1

0

5

Gürcüstan

1

0

0

1

0-2

0

Növbəti turun oyunları martın 26-da keçiriləcək: İrlandiya – Gürcüstan, İsveçrə - Danimarka.

F qrupu
21:00. Malta – Farer adaları – 2:1

Qollar: Nvoko, 13, Borq, 77 (pen.) – Hendriksson, 64 (pen.)
Baş hakim: Vilyalmur Alvar Porarinsson (İslansiya)
Ta-Qali. Milli stadion

21:00. İsveç – Rumıniya – 2:1
Qollar: Quaisson, 33, Klasson, 40 – Keseru, 58
Baş hakim: Maykl Oliver (İngiltərə)
Solna. Friends Arena

23:45. İspaniya – Norveç – 2:1
Qollar: Rodriqo, 16, Ramos, 71 (pen.) – Kinq, 65
Baş hakim: Andris Treymanis (Latviya)
Valensiya. “Mestalya” stadionu

1

İspaniya

1

1

0

0

2-1

3

2

İsveç

1

1

0

0

2-1

3

3

Malta

1

1

0

0

2-1

3

4

Farer adaları

1

0

0

1

1-2

0

5

Norveç

1

0

0

1

1-2

0

6

Rumıniya

1

0

0

1

1-2

0

Növbəti turun oyunları martın 26-da keçiriləcək: Malta – İspaniya, Norveç – İsveç, Rumıniya – Farer adaları.

J qrupu
23:45. Bosniya və Herseqovina – Ermənistan – 2:1

Qollar: Kruniç, 33, Miloşeviç, 80 – Mxitaryan, 90 (pen.)
Baş hakim: Yakob Kehlet (Danimarka)
Sarayevo. Qrvavitsa stadionu

23:45. İtaliya – Finlandiya – 2:0
Qollar: Barella, 7, Kin, 74
Baş hakim: Orel Qrinfeld (İsrail)
Udine. “Daçiya Arena”

23:45. Lixtenşteyn – Yunanıstan – 0:2
Qollar: Fortunis, 45, Donis, 80
Baş hakim: Aleksandre Buko (Belçika)
Vaduts. Reynpark stadionu

1

İtaliya

1

1

0

0

2-0

3

2

Yunanıstan

1

1

0

0

2-0

3

3

Bosniya və Herseqovina

1

1

0

0

2-1

3

4

Ermənistan

1

0

0

1

1-2

0

5

Finlandiya

1

0

0

1

0-2

0

6

Lixtenşteyn

1

0

0

1

0-2

0

Növbəti turun oyunları martın 26-da keçiriləcək: Ermənistan – Finlandiya, Bosniya və Herseqovina – Yunanıstan, İtaliya – Lixtenşteyn.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR