• İDMAN

    15:12 20 may 2019

İtaliyalı baş məşqçi Azərbaycan millisini Avropa Liqasına ikinci heyətlə aparır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Covanni Kaprara ilk heyətini açıqlayıb.

ONA-nın məlumatına görə, italiyalı mütəxəssis Qızıl Avropa Liqası üçün müəyyənləşdirdiyi siyahıya 14 oyunçunun adını daxil edib.

O, əsasən ikinci heyətə güvənəcək. Çünki artıq Belarusa yollanan komandaya zədəli Polina Rəhimovadan başqa, aparıcı voleybolçularımızdan Odina Əliyeva, Anastasiya Qurbanova, Olena Həsənova, Yelizaveta Səmədova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova və Ceyran İmanova daxil edilməyib.

İtaliyalı çalışdırıcı Qızıl Avropa Liqasında Leyla Parşkova, Yana Əzimova, Nelli Salbişvili, Ayşən Abduləzimova, Anastasiya Bessonova, Leysan Lyovkina, Səmra Qafarova, Nurhan Kazımova, Yuliya Kərimova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Kseniya Pavlenko, Mariya Kirilyuk və Larisa Smeltsovanın xidmətindən yararlanacaq.

Qeyd edək ki, hazırda Minskdə olan millimiz Belarusla 2 yoxlama matçı keçirdikdən sonra Qızıl Avropa Liqası çərçivəsində məhz bu komanda ilə ilk turun oyununa çıxacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR