• İDMAN

    13:22 30 may 2019

İtaliyanın “İnter” klubu baş məşqçisi ilə yollarını ayırıb

İtaliyanın “İnter” futbol klubu baş məşqçisi Luçano Spalletti ilə yollarını ayırıb. ONA-nın məlumatına görə, mütəxəssisin postunu tərk etməsini Milan təmsilçisi açıqlayıb.

2017-ci ildən komandanı çalışdıran L.Spalletti bu müddətdə klubla heç bir titul qazanmayıb. “İnter” ardıcıl ikinci dəfə onun rəhbərliyi altında çıxış etdiyi mövsümdə Çempionlar Liqasından kənar qalıb.

Qeyd edək ki, milanlıların boş qalan baş məşqçi postuna Antonio Konte və Joze Mourinyo namizəd sayılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR