• İDMAN

    10:11 9 may 2019

Kaliforniyada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş geniş şahmat turniri keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ONA-ya verilən məlumata görə, Konsulluğun təşəbbüsü və dəstəyilə artıq ikinci ildir keçirilən və “Bakı Açıq Şahmat Turniri 2019” San Dieqo Şahmat Klubu tərəfindən təşkil edilib. San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.

Turnirdən öncə Baş Konsulluğun konsulu Rəşad Eyvazov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb.

Sonra çıxış edən San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq və San Dieqo Şahmat Klubunun vitse-prezidenti Çak Ensi Azərbaycanda şahmat idmanının inkişafı barədə ətraflı məlumat verib və iştirakçılara uğurlar arzulayıb.

Dörd turdan ibarət turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50-dən çox şahmatçı öz güclərini sınayaraq, altı bölmədə mübarizə aparıblar. Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbyacanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq şəhadətnamələr və mükafatlar təqdim olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR