“Mənim üçün mövsümün təqvimdəki ən sevimli mərhələlərindən biri Bakıdakı yarışdır”.
ONA-nın məlumatına görə, bunu “MakLaren” komandasının pilotu Karlos Sayns deyib.
25 yaşlı ispaniyalı aprelin 26-28-də Bakıda keçiriləcək SOCAR Azərbaycan Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, paytaxtımızdakı tras çox gözlənilməzdir: “Ona görə də orada mübarizə aparmaq çox maraqlıdır. Həmişə elə bir hiss var ki, sanki bütün pilotlar bu yarışı səbirsizliklə gözləyir. Çünki hər kəs başa düşür ki, orda nəsə xüsusi bir şey baş verə bilər. Ötən il Bakıdakı yarış mənim üçün uğurlu alındı və 5-ci yeri tutdum. Əlbəttə, həmişə daha yaxşı olmaq, inkişaf etmək istəyirəm. Ümid edək ki, problemlərdən qaçmaq mümkün olacaq. Uğurlu çıxış edəcəyik”.
O, ilə uğursuz başlamalarında əsas “pay sahibi” olmadığını da deyib: “Mövsümün startının uğursuz alınması məni məyus edir. Həddən artıq çox şey məndən asılı olmadı. Amma bu, yarışların bir hissəsidir. Mən öz işimi görməyə səylə çalışıram və səbirliyəm”.
Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi aprelin 26-28-də olacaq.