Kepa Arrisabalaqa: “Bakıya titul üçün gedəcəyik”
  • İDMAN

  • 10:05 10 May 2019

Kepa Arrisabalaqa: “Bakıya titul üçün gedəcəyik”

“Finala çıxdığımız üçün şadıq. Bu, çox çətin yarımfinal idi”.

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu Kepa Arrisabalaqa deyib.

Qapıçı Avropa Liqasının yarımfinal mərhələsinin “Ayntraxt”la (Almaniya) cavab oyunu barədə fikirlərini bildirib. K.Arrisabalaqa mayın 29-da Bakıda keçiriləcək final matçında kuboku qazanmaq arzusunda olduqlarını vurğulayıb: “Hər iki oyun ağır oldu. “Ayntraxt” çox yaxşı, çox güclü komandadır. İndi biz xoşbəxtik, Bakıdakı finala yüksəldiyimizə sevinirik. Finalda London derbisi olacaq. Bu, çox qeyri-adidir. Həmin matçda hər şey ola bilər. Matça lazımi səviyyədə hazırlaşacağıq. Bakıya titul üçün gedəcəyik”.

Qeyd edək ki, “Çelsi” hər iki oyunu 1:1 hesabı ilə başa çatan dueldə penaltilər seriyası ilə qələbə qazanıb – 4:3.

OXŞAR XƏBƏRLƏR