• İDMAN

    11:39 27 may 2019

Kepa Arrisabalaqa: “Bakıda kuboku qazanmaq üçün döyüşəcəyik”

“Həm azarkeşlər, həm futbolçular Bakıdakı finaldan zövq alacaqlar. Bu qarşılaşma daha bir çox çətin oyun olacaq”.

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun qapıçısı Kepa Arrisabalaqa deyib.

İspaniyalı qolkiper Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu barədə fikirlərini açıqlayıb. Klubun rəsmi saytına danışan K.Arrisabalaqa “Arsenal”la görüşə titul qazanmaq üçün çıxacaqlarını qeyd edib: “Mayın 29-dakı qarşılaşma həm derbi, həm də finaldır. Belə oyunda istənilən hər şey baş verə bilər. Biz mümkün olan hər variant üçün hazırlaşırıq. Bakıya gedəcək və kuboku qazanmaq üçün döyüşəcəyik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR