• İDMAN

    21:51 5 may 2019

“Keşlə” Premyer Liqa ilə vidalaşıb - VİDEO

Bu gün Topaz Premyer Liqasında XXVII turun oyunları keçirilib.

ONA-nın məlumatına görə, bütün oyunlar eyni gündə baş tutub.

“Qarabağ” öz meydanında “Səbail”i 4:0 hesabı ilə darmadağın edib. Mahir Mədətovun het-trik etdiyi oyundan sonra ağdamlılar ardıcıl 6-cı dəfə çempion tituluna, paytaxt klubu ilk medalına – “bürünc”ə qovuşub.

Baqali Dabonun dublu “Neftçi” “Qəbələ” üzərində səfər qələbəsində rol oynayıb. Bununla da gümüşə yiyələnən bakılılar çempionluq, əyalət klubu bürünc medal şansını itirib.

“Zirə” isə səfərdə “Keşlə”yə qalib gəlib – 3:1. Tura “Sumqayıt”ın “Sabah”la ev oyunu ilə yekun vurulub. Sumqayıtlılar 1:0 hesablı qələbə ilə Premyer Liqada yerini qoruyublar. “Keşlə” isə idman prinsiplərinə əsasən, I diviziona yuvarlanıb. Əgər aşağı liqa təmsilçilərindən hər hansı biri lisenziya tələblərinə əməl etsə, paytaxt klubu Premyer Liqa ilə vidalaşacaq.

Qeyd edək ki, sonuncu turun matçları mayın 11-də baş tutacaq.

Topaz Premyer Liqası
XXVII tur
5 may (bazar)

“Keşlə” – “Zirə” – 1:3
Qırmızı vərəqə: Denis Silva, 28 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün)
Qollar: Conatan Ayite, 45+1 (p.) - Xulio Sezar Rodriqez, 26, 47; Mfo Kqasvane, 52
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”, 17:00

“Qəbələ” – “Neftçi” – 1:3
Qollar: Rauf Əliyev, 84 - Mamadu Mbodj, 25; Baqali Dabo, 71, 90 (p.)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Qəbələ şəhər stadionu, 18:00

“Qarabağ” – “Səbail” – 4:0
Qollar: Markos Madera, 21; Mahir Mədətov, 41, 69, 87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00

“Sumqayıt” – “Sabah” – 1:0
Qol: Əmir Ağayev, 49
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, 20:00

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

27

19

6

2

62-19

63

2

Neftçi

27

17

7

3

50-23

58

3

Səbail

27

12

5

10

33-33

41

4

Qəbələ

27

9

9

9

31-32

36

5

Zirə

27

7

7

13

27-40

28

6

Sabah

27

7

6

14

20-38

27

7

Sumqayıt

27

7

5

15

23-42

26

8

Keşlə

27

5

5

17

25-44

20

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov (“Qarabağ”) – 14 qol.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR