"Keşlə" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Klubdan ONA-ya verilən məlumata görə, Bakı təmsilçisi Rəşad Əzizli ilə güclənib.
25 yaşlı qapıçı ilə 1+1 şərti ilə müqavilə bağlanılıb.
Qeyd edək ki, R.Əzizli son mövsüm "Sumqayıt"da oynayıb.