Killian Mbappe Useyn Boltdan yüksək sürət nümayiş etdirib - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 10:25 23 Aprel 2019

Killian Mbappe Useyn Boltdan yüksək sürət nümayiş etdirib - VİDEO

Fransa milli komandasının və PSJ klubunun futbolçusu Killian Mbappe qeyri-adi rekorda imza atıb.

ONA-nın məlumatına görə, 20 yaşlı futbolçu XXXIII turun “Monako” ilə ev oyununda (3:1) hesabı açdığı epizodda yüksək sürət nümayiş etdirib.

Het-trik müəllifi olan K.Mbappe həmin qolu vurarkən 38 km/s sürət nümayiş etdirib. Bu isə 8 qat olimpiya çempionu, 100 m və 200 m məsafələrdə dünya rekordçusu Useyn Boltun sürətindən yüksəkdir. Yamaykalı 100 m məsafədə dünya rekordu vurduğu vaxt sürəti 37,58 km/s təşkil edib.

Qeyd edək ki, K.Mbappe 30 qolla Liqa1-in bombardirləri siyahısına başçılıq edir.

 

Vüqar Xeyrullayev

Teqlər: Killian Mbappe Useyn Bolt bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR