İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi müəyyənləşib. ONA-nın məlumatına görə, A seriyası təmsilçisini Klaudio Ranyeri çalışdıracaq.
68 yaşlı mütəxəssislə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. O, baş məşqçi postunda Eusebio Di Françeskonu əvəzləyib.
2017-ci ilin yayından “Roma”nı çalışdıran sonuncu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Portu” ilə Portuqaliyadakı cavab matçından sonra istefaya göndərilib. Buna səbəb komandanın iki oyunun nəticəsində (2:1, 1:3) və A seriyasında 44 xalla 5-ci yerdə qərarlaşmasıdır.
Qeyd edək ki, futbolçu kimi məhz “Roma”nın yetirməsi olan Ranyeri 1973-74-cü illərdə bu komandada çıxış edib, 2009-11-ci illərdə isə baş məşqçisi olub. Zəngin məşqçi karyerasına malik mütəxəssisin son iş yeri isə ötən ay ayrıldığı İngiltərə “Fulhem”i olub. İtaliyalı mütəxəssis vətənində sonuncu dəfə 2011-12-ci illərdə “İnter”in baş məşqçisi kimi çalışıb.