• İDMAN

    16:55 28 mart 2019

Kremlyov AİBA-nın bütün borclarını bağlamaq niyyətindədir

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) üzləşdiyi maliyyə problemləri həll oluna bilər.

ONA-nın məlumatına görə, AİBA-nın problemlərini Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov yoluna qoymaq niyyətindədir.

Qurum rəsmisi bildirib ki, AİBA-nın bütün borclarını bağlamaq, həmçinin onun inkişafı üçün vəsait ayırmağa hazırdır. Kremlyov bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa, komitə üzvlərinə, həmçinin məsələni araşdıran komissiyanın rəhbəri Nenad Laloviçə açıq məktub ünvanlayıb: “Bütün həyatımı boksa həsr edirəm və öz vəzifəm kimi bu idman növünü bütün dünyada inkişaf etdirməkdə görürəm. Boksun gələcəyi üçün AİBA-nın bütün borclarını ödəməyə hazıram. Təki, sevimli idman növümüz Olimpiya proqramında qalsın. Biz rəhbər vəzifələrə ona görə gəlirik ki, idman növlərinin inkişafına kömək edək. Əsas dəyərlərimiz idmançılar və məşqçilərdir. Onlar üçün hər bir şərait yaradılmalıdır. AİBA-nın borcları ilə yanaşı, təşkilatın inkişafı üçün də pul ayırmağa qərar vermişəm”.

Kremlyov Olimpiya növləri arasında boksun proqramdan çıxarılmasına maliyyə səbəblərinin təsir etməsini istəmir: “Sizdən xahiş edirəm ki, boksa dəstək olun və Olimpiya proqramından çıxarmayın”.

Qeyd edək ki, boks Olimpiya proqramından çıxarılmaq təhlükəsi ilə üzləşib. BOK-un bununla bağlı hansı qərarı verəcəyi hələlik məlum deyil.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR