• İDMAN

    12:06 26 mart 2019

Kriştianu Ronaldo meydana qayıdacağı vaxtı açıqlayıb

AVRO-2020-nin seçmə mərhələsinin Portuqaliya – Serbiya oyununda zədələndiyi üçün əvəzlənən Kriştianu Ronaldonun durumuna aydınlıq gəlib.

ONA-nın məlumatına görə, top uğrunda mübarizədə havaya qalxarkən uğursuz cəhd edərək yıxıldığı anda əzələsini dartan hücumçu 1-2 həftəyə sıraya dönəcək.

Bunu qarşılaşmanın 30-cu dəqiqəsində əvəzlənən ulduz futbolçunun özü açıqlayıb: “Mən zədəmə görə narahat deyiləm. Çünki öz orqanizmimə bələdəm. Bir-iki həftəyə sıraya dönməliyəm”.

K.Ronaldonun çıxış etdiyi İtaliya “Yuventus”u ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundakı iştirakı isə sual altındadır. Hollandiya “Ayaks”ı ilə Amsterdamdakı matç aprelin 10-da baş tutacaq.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin Portuqaliya – Serbiya oyunu 1:1 hesabı ilə başa çatıb.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR