Kriştianu Ronaldo növbəti turun oyununu buraxacaq
  • İDMAN

  • 16:51 12 Aprel 2019

Kriştianu Ronaldo növbəti turun oyununu buraxacaq

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo “Yuventus”un İtaliya A seriyasındakı növbəti oyununu buraxacaq.

ONA-nın məlumatına görə, bunu Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.

O bildirib ki, yığmada aldığı zədədən sonra sıraya dönüb Çempionlar Liqasının 1/4 final mərhələsinin “Ayaks”la Hollandiyadakı ilk oyununda iştirak edən portuqaliyalını qorumağa qərar verib. Bu səbəbdən də K.Ronaldo XXXII turun “Spal”la matçını buraxacaq: “Ronaldonun sağlamlığı ilə risk etmək mənası yoxdur. Həmçinin də son fasilə dövründə yığmada oynayan digər futbolçularla. Bonuççi də istirahət edə biləcək. Baxmayaraq ki, onun sağlamlığı ilə bağlı hər şey qaydasındadır”.

Çempionluğu sona 6 tur qalmış rəsmiləşdirmək üçün bir xal qazanmalı olan “Yuventus”un baş məşqçisi bu titul üçün tələsmədiyindən tək K.Ronaldo deyil, əksər futbolçulara istirahət verəcək: “Start heyətinin əksər oyunçuları istirahət edəcək. Eyni zamanda bir sıra gənclərə şans verəcəyik. Həmin gün bizim üçün xüsusi ola bilər. Amma ardıcıl 8-ci çempionluğun qeyd olunmasını “Ayaks”la görüşdən sonra keçirmək olar. Unutmayaq ki, əksər futbolçuların çiynində uzun mövsüm və dünya çempionatı var”.

Vüqar Xeyrullayev

Teqlər: Yuventus Ronaldo Spal

OXŞAR XƏBƏRLƏR