• İDMAN

    11:01 24 aprel 2019

La Liqa klubu baş məşqçisi ilə müqaviləni uzatmayacağını açıqlayıb

İspaniyanın “Alaves” klubunda baş məşqçi dəyişikliyi olacaq.

ONA-nın məlumatına görə, La Liqa təmsilçisinin çalışdırıcısı Abelardo mövsümün sonunda komandanı tərk edəcək.

49 yaşlı ispan mütəxəssis yeni müqavilə imzalamayacaq. 2017-ci ildən “Alaves”ə rəhbərlik edən Abelardonun indiki anlaşması iyunun 30-da başa çatacaq.

Qeyd edək ki, “Alaves” indiki baş məşqçisinin rəhbərliyi altında 65 oyun keçirib. Bu qarşılaşmalarda 27 qələbə qazanan və 13 heç-heçə edən Abeladonun yetirmələri 25 dəfə məğlub olub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR