• İDMAN

    15:22 29 aprel 2019

Lando Norris: “Bakıda xoşbəxtlikdən mən də, bolid də səddə dəyməyə dözdük”

“Bakıdakı yarış zamanı bir neçə dəfə sədlə təmasda oldum. Onlardan biri finişə 3-4 dövrə qalmış baş verdi”.

ONA-nın məlumatına görə, bunu “Formula-1” üzrə “Maklaren” komandasının pilotu Lando Norris deyib.

Böyük britaniyalı sürücü Bakıda keçirilən Azərbaycan Qran-prisi barədə fikirlərini açıqlayıb. O, şəhər trasının çətinliyini vurğulayıb: “Həmin vaxt çox əsəb keçirirdim. Çünki toqquşma çox sərt olmuşdu. Amma Bakıda xoşbəxtlikdən mən də, bolid də səddə dəyməyə dözdük. Bakıdakı tras çox ağırdır. Burda səhv baha başa gələ bilər. Bir neçə səhv etdik ki, onlar xal və yer itkisinə səbəb olmadı”.

Qeyd edək ki, L.Norris Bakıdakı yarışda 8-ci yeri tutub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR