• İDMAN

    08:46 27 fevral 2019

"Latsio" - “Milan” matçı qolsuz heç-heçə ilə başa çatıb

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib. ONA-nın məlumatına görə, ilk oyun Romada baş tutub.

“Latsio” paytaxtda “Milan”ı qəbul edib. Ötən mövsümdə də yarımfinalda görüşən rəqiblərin bu dəfəki dueli də qolsuz bitib – 0:0. Bir il əvvəl də hər iki yarımfinal görüşü bu hesabla nəticələnib və “Milan” penaltilər seriyasındakı qələbə ilə finala yüksəlib.

Komandalar arasında cavab oyunu aprelin 24-də Milanda keçiriləcək.

Qeyd edək ki, yarımfinalın bu gün baş tutacaq digər matçında “Fiorentina” “Atalanta”nı qəbul edəcək. Bu cütdə cavab oyunu aprelin 25-də oynanılacaq.

İtaliya kuboku

Yarımfinal, ilk oyun

26 fevral

“Latsio” – “Milan” – 0:0

Tahir

Teqlər:

SON XƏBƏRLƏR