Almaniya kubokunda yarımfinal mərhələsi start götürüb.
ONA-nın məlumatına görə, ilk finalçı Hamburqda müəyyənləşib.
Şəhərin eyniadlı komandası “Leypsiq”i qəbul edib. 3:1 hesabı ilə qələbə qazanan qonaqlar klub tarixində ilk dəfə finala vəsiqə qazanıblar.
Qeyd edək ki, digər finalçı aprelin 24-də keçiriləcək “Verder” – “Bavariya” oyununda bəlli olacaq. Final matçı mayın 25-də Berlindəki Olimpiya stadionunda baş tutacaq.
Almaniya kuboku
Yarımfinal
23 aprel
“Hamburq” – “Leypsiq” – 1:3
Yatta, 23 - Poulsen, 12, Yaniçiç, 53 (avtoqol), Forsberq, 72