• İDMAN

    02:18 2 iyun 2019

Lionel Messi Çempionlar Liqasının bombardiri olub

Çempionlar Liqasının başa çatan 2018/19 mövsümünün yekunlarına əsasən ən məhsuldar oyunçuların siyahısı müəyyənləşib.

ONA-nın məlumatına görə, İspaniya təmsilçisi “Barselona”nın argentinalı hücumçusu Lionel Messi yarışın bombardiri olub.

12 qol vuran cənubi amerikalı ən yaxın izləyicisi Duşan Tadiçi üç top qabaqlayıb. Hollandiya “Ayaks”ının serb futbolçusunun hesabında 9 qol var. 3-cü pilləni Almaniya “Bavariya”sının polşalı hücumçusu Robert Levandovski tutub - 8 qol.

Qeyd edək ki, Çempionlar Liqasının finalında İngiltərə təmsilçiləri qarşılaşıblar. “Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR