• İDMAN

    01:18 25 may 2019

Liqa1 başa çatıb, “Kan” da aşağı dəstəyə yuvarlanıb - VİDEO

Fransa Liqa1-də 2018/19 mövsümünə yekun vurulub.

ONA-nın məlumatına görə, sonuncu - XXXVIII turun oyunları eyni vaxtda keçirilib.

Çempionatın qızıl və gümüş mükafatçıları son mövsümü səfərdəki məğlubiyyətlə başa vurublar. Çempion olan PSJ “Reyms”ə, gümüş mükafatçı “Lill” “Renn”ə uduzub. 3-cü yeri tutan “Lion” isə “Nim”lə görüşün son dəqiqələrindəki qollarla qələbə qazanıb.

“Tuluza”nı məğlub edən “Dijon” aşağı dəstəyə birbaşa yuvarlanmaqdan qurtulub. Komanda yerini qorumaq üçün pley-offda oynayacaq. “Genqam”a qoşulan ikinci uğursuz isə “Kan” olub.

Son tur 5-ci yer uğrunda mübarizəylə də diqqət çəkib. “Monpelye”ni yenən “Marsel” rəqibini arxada qoyub. Lakin bu da avrokuboklara vəsiqə üçün yetərli olmayıb.

Qeyd edək ki, mövsümün yekunlarına əsasən PSJ, “Lill” və “Lion” Çempionlar Liqasına, “Sent-Etyen”, “Renn” və “Strasburq” Avropa Liqasında mübarizə aparmaq hüququ qazanıb. Sonuncu iki komanda bu hüquqa ölkə və liqa kuboklarının qalibi kimi yiyələnib.

Fransa Liqa1
XXXVIII tur
24 may

“Anje” – “Sent-Etyen” – 1:1
Mulin, 70 (avtoqol) – Nordin, 64
“Dijon” – “Tuluza” – 2:1
Sliti, 58, Tavares, 62 – Diakite, 33
“Nant” – “Strasburq” – 0:1
Motiba, 60 (pen.)
“Renn” – “Lill” – 3:1
Nyanq, 18 (pen.), 71, Sarr, 59 – Remi, 35
“Nitsa” – “Monako” – 2:0
Badiaşil, 36 (avtoqol), Bihan, 67 (pen.)
“Marsel” – “Monpelye” – 1:0
Tiavun, 56
“Nim” – “Lion” – 2:3
Ripar, 11, Bobişon, 45 – Kornet, 6, 89, Ndombele, 90
“Amyen” – “Genqam” – 2:1
Quirassi, 14, Qoddos, 47 – Mendi, 66
“Kan” – “Bordo” – 0:1
Sankare, 19
“Reyms” – PSJ – 3:1
Baba, 36, Kafaro, 56, Çavarria, 90 – Mbappe, 59

N

Klublar

O

Q

H

M

T-F

X

1

PSJ

38

29

4

5

105:35

91

2

Lill

38

22

9

7

68:33

75

3

Lion

38

21

9

8

70:47

72

4

Sent-Etyen

38

19

9

10

59:41

66

5

Marsel

38

18

7

13

60:52

61

6

Monpelye

38

15

14

9

53:42

59

7

Nitsa

38

15

11

12

30:35

56

8

Reyms

38

13

16

9

39:42

55

9

Nim

38

15

8

15

57:58

53

10

Renn

38

13

13

12

55:52

52

11

Strasburq

38

11

16

11

58:48

49

12

Nant

38

13

9

16

48:48

48

13

Anje

38

10

16

12

44:49

46

14

Bordo

38

10

11

17

34:42

41

15

Amyen

38

9

11

18

31:52

38

16

Tuluza

38

8

14

16

35:57

38

17

Monako

38

8

12

18

38:57

36

18

Dijon

38

9

7

22

31:60

34

19

Kan

38

7

12

19

29:54

33

20

Genqam

38

5

12

21

28:68

27

ONA

Teqlər:

SON XƏBƏRLƏR