Litva millisi Bakıya gətirəcəyi heyəti açıqlayıb
  • İDMAN

  • 13:57 12 Mart 2019

Litva millisi Bakıya gətirəcəyi heyəti açıqlayıb

Yoxlama oyununda Azərbaycan millisinin rəqibi olan Litva yığmasının heyəti açıqlanıb. ONA-nın məlumatına görə, baş məşqçi Valdas Urbonas martın 22-də AVRO-2020-nin seçmə mərhələsinin Lüksemburq, 3 gün sonra Azərbaycana qarşı keçiriləcək yoxlama oyununa çağıracağı futbolçuları müəyyənləşdirib.

Mütəxəssis bu görüşlərə 23 futbolçu çağırıb.

Qapıçılar: Ernestas Setkus, Dzyuqas Bartkus, Emiliyus Zubas;
Müdafiəçilər: Algis Yankauskas, Rolandas Baravikas, Markas Palionis, Rimvidas Sadauskas, Linas Klimaviçyus, Vaydas Slaviçkas, Valdemar Borovski, Vitautas Andriuskeviçyus;
Yarımmüdafiəçilər: Vikintas Slivka, Arturas Julpa, Donatas Kazlauskas, Deymantas Petraviçyus, Mantas Kuklis, Saulius Mikolyunas, Modestas Vorobyovas, Yustinas Malajas;
Hücumçular: Fedor Çernıx, Arvidas Novikovas, Neriyus Valskis, Paulius Qolubiçkas.

Qeyd edək ki, martın 25-də keçiriləcək Azərbaycan – Litva matçı “Bakcell Arena”da keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.

Vüqar Xeyrullayev

Teqlər: Litva yoxlama oyunu

OXŞAR XƏBƏRLƏR