• İDMAN

    11:01 18 mart 2019

Litva yığması Azərbaycana gətirəcəyi heyətdə dəyişiklik edib

Azərbaycan milli komandası ilə yoxlama oyunu keçirəcək Litva yığmasının heyətində dəyişiklik edilib.

ONA-nın məlumatına görə, sağ cinah müdafiəçisi Valdemar Borovski qarşıdakı oyunlara dəvət alan heyətdən çıxarılıb.

Buna “Riteriai” klubunun şərəfini qoruyan futbolçunun zədələnməyi səbəb olub. O, “Jalgiris”lə görüşdə (1:1) xəsarət aldığı üçün “23-lük”dən kənar düşüb.

Baş məşqçi Valdas Urbonas zədəli futbolçunun əvəzinə martın 22-də AVRO-2020-nin seçmə mərhələsinin Lüksemburq, 3 gün sonra Azərbaycana qarşı keçiriləcək yoxlama oyunu üçün yeni futbolçuya dəvət göndərib. Milliyə “Kauno Jalgiris”dən Egidius Vaytkunası dəvət edilib.

Qeyd edək ki, martın 25-də keçiriləcək Azərbaycan – Litva matçı “Bakcell Arena”da keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR