• İDMAN

    02:19 7 iyun 2019

Lixtenşteynə uduzan yığmamızın baş məşqçisi: “...sözüm yoxdur"

“Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi, 10 nəfərlər müdafiə olunurdular”.

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis AVRO-2021-in seçmə mərhələsinin Lixtenşteynlə səfər oyunu barədə fikirlərini açıqlayıb: “Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardır. Təbii ki, bu cür nəticə gözləmirdim”.

M.Obradoviç AFFA-nın saytına açıqlamasında seçmə mərhələnin startlında alınan 0:1 hesablı məğlubiyyətə şərh verib: “Futbolçulara deyəcək sözüm yoxdur. Onlar bütün bacarıqlarının maksimum yerinə yetirdilər. Futbol elə bir oyundur ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdır. Bilirəm ki, biz düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçulara görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq”.

Baş məşqçi tarixi ərzində keçirdiyi bütün seçmə oyunlarında uduzan Lixtenşteynə biabırçı məğlubiyyətin məsuliyyətini üzərinə götürüb: “Bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədir. Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidir. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha çox çalışmalıyıq, daha yaxşı hazırlaşmalıyıq”.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR