• İDMAN

    23:31 2 mart 2019

London derbisində qalib müəyyənləşməyib, “Mançester Yunayted” irəliləyib

İngiltərə Premyer Liqasında XXIX tura start verilib. ONA-nın məlumatına görə, turun ilk günündə 7 oyun baş tutub.
Günün mərkəzi qarşılaşması Londonda keçirilib. Paytaxt derbisində “Tottenhem”lə “Arsenal” görüşüb. Oyunda qalib müəyyənləşməyib – 1:1. Bu, Maurisio Poçettinonun rəhbərlik etdiyi “Tottenhem”in mövsümdə ilk heç-heçəsi olub.
“Arsenal”ın xal itkisi paytaxt futbolçularının turnir cədvəlində geriləməsi ilə nəticələnib. “Sauthempton” üzərində 3:2 hesablı qələbə qazanan “Mançester Yunayted” “topçular”ı 4-cü pillədən sıxışdırıb.
Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” səfərdə “Bornmut” üzərində çətin qələbə qazanıb – 1:0. Bu, Xosep Qvardiolanın yetirmələrinin ən azı bir günlük zirvəyə yüksəlməsi üçün yetərli olub. “Şəhərlilər”in ilk sırada qalıb-qalmaması sabah keçiriləcək Liverpul derbisindən asılıdır. Mançester klubuna derbidə “Everton”la üz-üzə gələcək şəhərin eyniadlı komandasının istənilən xal itkisi qane edir.
Qeyd edək ki, sabah keçiriləcək üç matçla tura yekun vurulacaq.

İngiltərə Premyer Liqası

XXIX tur

2 mart

“Tottenhem” - “Arsenal” – 1:1

Keyn, 74 (pen.) – Remsi, 16

“Bornmut” – “Mançester Siti” – 0:1

Mahrez, 55

“Brayton” – “Haddersfild” – 1:0

Andone, 79

“Bernli” – “Kristal Pelas” – 1:3

Barns, 90 – Berdsli, 15 (avtoqol), Batşuayi, 48, Zaha, 76

“Mançester Yunayted” – “Sauthempton” – 3:2

Pereyra, 53, Lukaku, 59, 88 – Valeri, 26, Uord-Prous, 75

“Vulverhempton” – “Kardiff” – 2:0

Jota, 16, Ximenes, 18

“Vest Hem” – “Nyukasl” – 2:0

Rise, 7, Noble, 42 (pen.)

N

klublar

O

Q

H

M

T-F

X

1

Mançester Siti

29

23

2

4

76-20

71

2

Liverpul

28

21

6

1

64-15

69

3

Tottenhem

29

20

1

8

56-30

61

4

Mançester Yunayted

29

17

7

5

58-38

58

5

Arsenal

29

17

6

6

61-39

57

6

Çelsi

27

16

5

6

47-29

53

7

Vulverhempton

29

12

7

10

37-35

43

8

Uotford

28

11

7

10

39-40

40

9

Vest Hem

29

11

6

12

37-41

39

10

Everton

28

10

6

12

39-39

36

11

Lester

28

10

5

13

34-39

35

12

Bornmut

29

10

4

15

39-54

34

13

Kristal Pelas

29

9

6

14

35-39

33

14

Nyukasl

29

8

7

14

26-37

31

15

Brayton

28

8

6

14

30-41

30

16

Bernli

29

8

6

15

32-53

30

17

Sauthempton

29

6

9

14

32-49

27

18

Kardiff

29

7

4

18

25-57

25

19

Fulhem

28

4

5

19

26-63

17

20

Haddersfild

29

3

5

21

15-51

14

Tahir

Teqlər:

SON XƏBƏRLƏR