• İDMAN

    13:12 16 may 2022

Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb

Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral At­çılıq Şousu” 2022-ci ilin 12 may tarixində start götürüb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən xəbərə görə, 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəl­xalq at­çılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib, nümayəndə heyəti­mizin hər il nümayiş etdirdiyi bən­­zərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrıl­maz hissəsi kimi qəbul edilib.

“Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Res­­publikasının Prezidenti cənab İlham Əliyevin ali dəstəyi sa­yə­­sində son illər ərzində mili at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması istiqamə­tində əhəmiyyətli işlər görülür. Bu tədbirlər sırasında “Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdiril­mə­si xüsusi yer tutur.

Cari ildəki “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Döv­lət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil et­miş­, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarıblar. Təm­silçi­lərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlən­miş, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazan­ıb.

Cari ildə Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz tərəfin­dən xüsusi olaraq “Odlar Yurdu” adlı şou-kompozisiya hazırlanıb. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vin­dzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru – Azər­baycan Respublikasının əmək­dar artisti Nicat Kazımov, xoreoqrafı – Azərbaycan Respubli­kasının əməkdar artisti Fərid İbrahimovdur.

Milli musiqi alətlərimiz tütək, zurna, balabanda ifa olu­nan “Qarabağ cəngisi”nin bənzərsiz sədala­rından, “Sər­hədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzə­rin­də igidlik və hünər nümunələrindən, alov püskü­rənlərin qeyri-adi perfo­manslarından ibarət şou-kompozisiya Böyük Britaniya tama­şaçı­sını sözün əsl mənasında ovsun­lamışdır. 6 dəqiqə davam edən şou müddətində süvariləri­mizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraq­larını dalğalandırmaları diqqəti xüsusi cəlb edib.

Şou-proqram tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qar­şılanmış, böyük tamaşaçı kütləsinin zöv­qünü oxşamış, tamaşaçılar ayağa qalxaraq təmsilçi­lərimizi sürəklə alqış­layıb”, - qeyd olunub.

Foto

Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO Londonda Qarabağ atlarının şousu böyük coşqu ilə qarşılanıb - FOTO

ONA

Teqlər:

SON XƏBƏRLƏR