• İDMAN

    12:43 18 mart 2019

Lovre Kaliniç: “Yurçeviçin planına əsasən Azərbaycan qələbə də qazanmaq istəyir”

“Klubumun son oyunlarında meydana çıxmasam da, təcrübə sarıdan problemim yoxdur. Azərbaycan və Macarıstanla qarşılaşmalarda komandamıza kömək edə bilərəm”.

ONA-nın məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Lovre Kaliniç deyib.

İngiltərənin “Aston Villa” klubunda çıxış edən qolkiper AVRO-2020-nin seçmə mərhələsinin martın 21-də Azərbaycan, 24-də Macarıstana qarşı keçiriləcək görüşləri ərəfəsində müsahibə verib. L.Kaliniç xorvatiyalı Nikola Yurçeviçin çalışdırdığı millimizdən ehtiyatlandığını bildirib: “Təbii ki, bütün komandamız kimi mən də meydana qələbə istəyi ilə çıxıram. Nikola Yurçeviç Azərbaycan yığmasına bizim barəmizdə çox şey deyə bilər. Onun Xorvatiya ilə oyun üçün plan düşündüyünə şübhəm yoxdur. Bu plana əsasən rəqibimiz heç-heçə üçün maksimum qüvvəsini qoyacaq. Hətta Azərbaycan yığması qələbə qazanmaq da istəyir. Lakin biz heç bir rəqibdən qorxmuruq”.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Zaqrebin “Maksimir” stadionunda keçiriləcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR