“Formula-1” üzrə dünya çempionatının ikinci mərhələsi başa çatıb.
ONA-nın məlumatına görə, Bəhreyn Qran-Prisinin iştirakçıları “Sahir” avtodromunda mübarizə aparıblar.
Yarış “Mersedes”in pilotu Luis Hamiltonun qələbəsi ilə başa çatıb. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutub. “Ferrari”nin üzvü Şarl Lekler ilk “üçlüy”ü qapayıb.
Qeyd edək ki, 20 pilotdan dördü finiş xəttinə çatmayıb.
Bəhreyn Qran-Prisi
1. Luis Hamilton (Mersedes)
2. Valtteri Bottas (Mersedes) — +2,980
3. Şarl Lekler (Ferrari) — +6,131
4. Maks Ferstappen (Red Bull) — +6,408
5. Sebastyan Fettel (Ferrari) — +36,068
6. Lando Norris (Maklaren) — +45,754
7. Kimi Raykkonen (Alfa Romeo) — +47,470
8. Pyer Qasli (Red Bull) — +58,094
9. Aleksander Albon (Toro Rosso) — +1.02,697
10. Serxio Peres (Reysinq Poynt) — +1.03,696
11. Antonio Covinatsi (Alfa Romeo) — +1.04,599
12. Daniil Kvyat (Toro Rosso) — +1 dövrə
13. Kevin Maqnussen (Haas) — +1 dövrə
14. Lens Stroll (Reysinq Poynt) — +1 dövrə
15. Corc Rassell (Uilyams) — +1 dövrə
16. Robert Kubitsa (Uilyams) — +2 dövrə
17. Niko Xolkenberq (Reno) — finişə çatmayıb
18. Daniel Rikkardo (Reno) — finişə çatmayıb
19. Karlos Sayns (Maklaren) — finişə çatmayıb
20. Romen Qrojan (Haas) — finişə çatmayıb