• İDMAN

    15:10 16 may 2019

Macarıstan yığması Azərbaycanla oyun üçün heyətini açıqlayıb

Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi Macarıstan yığmasının ilkin heyəti açıqlanıb.

ONA-nın məlumatına görə, baş məşqçi Marko Rossi iyunun 8-də Bakıda Azərbaycan, üç gün sonra evdə Uelsə qarşı keçiriləcək oyunlara çağıracağı futbolçuları müəyyənləşdirib.

O, qarşıdakı görüşlərə 32 futbolçu çağırıb.

Qapıçılar: Dibuş Deneş (“Ferentsvaroş”), Peter Qulaşi (“Leypsiq”, Almaniya), Adam Kovaşik (“Videoton”), David Qrof (“Honved”);

Müdafiəçilər: Barat Botond (“Sportinq Kanzas”, ABŞ), Bese Benabaş (“Havr”, Fransa), Yanoş Ferentsi, Bense Pavkoviç (hər ikisi “Debretsen”), Attila Fiola (“Videoton”), Tamaş Kadar (“Dinamo”, Kiyev, Ukrayna), Mixay Korxut (“Aris”, Yunanıstan), Gerqo Lovrençiç (“Ferentsvaroş”), Orban Villi (“Leypsiq”, Almaniya), Paulo Vinisius (“Videoton”);

Yarımmüdafiəçilər: Daniel Qazdaq (“Honved”), David Holman (“Slovan”, Slovakiya), Jolt Kalmar (“DAK 1904”, Avstriya), Laslo Klyanheyzer (“Osiek”, Xorvatiya), İştvan Kovaç (“Videoton”), Adam Nad (“Bolonya”, İtaliya), Mate Patkay (“Videoton”), Dominik Şoboşlay (“Red Bull”, Avstriya);

Hücumçular: Balaş Cudcak (“Əl-İttihad”, Birləşmiş Ərəb Əmirlikləri), Marton Eppel (“Kayrat”, Qazaxıstan), Adam Bodi (“Debretsen”), Filip Holender (“Honved”), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Adam Şalay (“Hoffenhaym”, Almaniya), Roland Varqa (“Ferentsvaroş”), Kristofer Vida (DAK, Slovakiya), Donat Şofer (“Uypeşt”).

Qeyd edək ki, iyunun 8-də keçiriləcək Azərbaycan – Macarıstan “Bakcell Arena”da baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR