Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə alan Mahir Emreli heyətdən çıxarılıb.
O, millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanan heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, yığmamız Lüksemburqa 1:2 hesabı ilə uduzub.