FİDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Rusiyanın “sport-ekspress” nəşrinə müsahibə verib. ONA-nın məlumatına görə, funksioner Şəmkirdə təşkil olunan Vüqar Həşimov Memorialının yekunları barədə fikirlərini açıqlayıb.
- Əsas təşkilatçı kimi turnirin necə keçməsindən razısızmı?
- Buna mən qiymət verə bilmərəm. Amma demək istəyirəm ki, komandamız “4”ə uyğun işləyib. Ona görə ən yüksək qiymət demirəm ki, həmişə nəyisə daha yaxşı etməyin mümkünlüyünü başa düşürəm. Amma dəqiq bilirəm ki, iştirakçılar, qonaqlar və azarkeşlər razı qaldılar. Biz pis işləmədik, şahmatçılar da baxımlı oyun göstərdilər. Bu, boş sözlər deyil. Şəmkirdə dərsliklərə düşə biləcək partiyalar oynanılıb.
- Məsələn.
- Karlsen son iki turda dəqiq şedevr nümayiş etdirdi. Onun Sergey Karyakin və Aleksandr Qrişuk üzərində qələbələri heyranlıq yaradır. Ümumiyyətlə, heç-heçələrlə başa çatan ilk turdan sonra böyük dairəvi sistemli turnirlərin maraqsız olduğunu, qrossmeysterlərin turniri yola verdiyini deyənlər çox böyük səhv etdilər. Axı, bu gülməlidir. Şəmkirdə son illərin ən baxımlı forumlarından biri oldu. Karlsenin necə oynaması da heyranlıq yaradır.
- Başqa hansı partiyaları fərqləndirərdiz?
- Məmmədyarovla Anand hər üç nəticəylə bitə biləcək partiyada mübarizə apardılar və sonuncu daha uğurlu oldu. Karyakinin Anandla görüşdəki ev hazırlığını qeyd etməyə bilmərəm. Rusiyalının analizi 37 gedişi əhatə edirdi. Fantastikadır!
- Karlsen rəqiblərini sadəcə olaraq bir baş üstələdi. Bu səviyyəli turnirdə 5 qələbə və 4 heç-heçə bu səviyyəli turnir üçün sadəcə kosmosdur. Dahi çempionun dövründə yaşadığımızı demək olar?
- Burda nəsə demək də lazım deyil. Norveçlinin yerinə nəticələri danışır. Amma yenə Şəmkiri ayrı sətirdən yazmaq olar. Axı, Həşimovun ilk Memorialı keçiriləndə Karlsen qalib gələrək, reytinqdə rekord həddə - 2889-a çatdı. Sona bir tur qalmış qalib olmaq, lazım olmayan son qarşılaşmada Qrişuk kimi rəqibi üzücü məğlubiyyətə uğratmaq hər adamın işi deyil. Düşünürəm ki, Maqnus hələ uzun müddət dünyada bir nömrə olacaq. Digər tərəfdən şahmat bir yerdə dayanmır. Daha yaxşı olacaq başqa bir şahmatçı tapılacaq. Lakin bunun nə vaxt olması böyük sualdır.
- Şəmkir özünə sadiqdir və istirahət günü futbol oyunu oldu...
- Bəli, bundan da əvvəl FİDE prezidenti Azərbaycanı Arkadi Dvorkoviç ziyarət etdi. O, futbolun böyük fanatıdır və imkan olan kimi belə matçlarda iştirak edir. Futbol həqiqətən ənənə halını alıb. Bilirəm ki, Karlsen istirahət gününü səbirsizliklə gözləyir. O, “Real” azarkeşidir və meydanda da lövhə arxasındakı kimi aqressiv və güclüdür. Amma futbolla dayanmadıq, basketbol da oynadıq.
- Azarkeş marağı böyük idi?
- Böyük olmayan Şəmkir üçün bu turnir əsl hadisədir. Şəhər artıq şahmat turnirinə adət edir. İndi o zamanlar deyil ki, tamaşaçı zalında iynə atsan yerə düşməsin. Hamı partiyaları evdə, çayla kompüter arxasında izləməyi sevir. Amma zal həmişə dolu idi. Yayımların reytinqinə görə də demək olar ki, dünya üzrə yüz minlərlə adam Şəmkirdəki turniri izləyib. Üstəlik, qrossmeyster şahmatla məşğul olan yerli uşaqlar üçün əlçatmaz deyildi. Onlar üçün çoxsaylı seanslar və avtoqraf sessiyaları təşkil olundu.
- Turnirin sponsorları əvvəlkilərdir?
- Bəli. Heç bir kömək olmadan tədbir keçirmək mümkün olmazdı. İmkandan istifadə edib minnətdarlığımı bildirirəm. Biz partnyorlarımızla əməkdaşlıq edirik. Turnirin əsas və baş sponsoru SOCAR-dır ki, ildən-ilə bütün gücü ilə turnirə kömək edir. Azərbaycan Şahmat Federasiyası ilə Azərbaycan Gənclər və İdman Nazirliyi də turnirə dəstək olur. Təşkilati işlərə xeyli əvvəldən başlayır, top qrossmeysterlərlə danışıqlar aparırıq.