• İDMAN

    16:36 23 aprel 2019

Maks Ferstappen: “Qız qalasının yanında bolidi idarə etmək daha əyləncəlidir”

“Bakıda yürüş kifayət qədər maraqlı olur. Çünki yarış şəhər trasında gerçəkləşir”.

ONA-nın məlumatına görə, bunu “Formula-1” üzrə dünya çempionatında iştirak edən “Red Bull”un pilotu Maks Ferstappen deyib.

Aprelin 26-28-də keçiriləcək SOCAR Azərbaycan Qran-Prisi barədə fikirlərini açıqlayan 22 yaşlı hollandiyalı yarış barədə fikirlərini açıqlayıb: “Adətən şəhər traslarında maşının yerə sıxılma gücünün yüksək səviyyəsində çıxış etmək istəyirsən. Amma Bakıda döngələr arasında düz yolların uzun olması kompromis varianta getməyə vadar edir. Bu da o deməkdir ki, sizin çox aşağı sıxılmanız olur və maşın bir az sürüşür. Belə yolda, Qız qalasının yanında bolidi idarə etmək daha əyləncəlidir. Ora çox dardır, amma sonra əla şəkillər alınır. Bu tras uzun düz yollar və DRS zonasına görə ötüşmələr üçün yararlıdır. Bakıdakı uik-end həmişə maraqlı olur. Burada çox şey baş verə bilər. Ümid edirəm ki, bu dəfəki yürüş uğurlu alınacaq”.

Qeyd edək ki, M.Ferstappen ötən il Bakıda keçirilən yarışda finişə çatmayıb.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR