• İDMAN

    22:58 20 mart 2019

Maksim Medvedev: "Biz də yaxşı oynamağa çalışacağıq"

“Bizi yüksək səviyyəli rəqiblə oyun gözləyir”. ONA-nın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya ilə sabah keçiriləcək səfər matçına həsr olunan mətbuat konfransına qatılıb. O, Zaqrebin “Maksimir” stadionunda baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb: “Ola bilsin ki, oyun səviyyəmiz nisbətən aşağıdır. Lakin biz də yaxşı oynamağa çalışacağıq”.

Qeyd edək ki, M.Medvedev Xorvatiya ilə matçda yığmamızın kapitanı olacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR