İngiltərənin “Mançester Siti” klubu Çempionlar Liqasının pley-off mərhələlərinin rekordunu təkrarlayıb. ONA-nın məlumatına görə, Pep Qvardiolanın yetirmələri yarışın qrup mərhələsindən sonrakı raundlarda ən böyükhesablı qələbə rekorduna şərik olub.
Bu, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Şalke” ilə qarşılaşmaya təsadüf edib. Ev oyununda 7:0 hesablı qələbə qazanan mançesterlilərə qədər yalnız “Bavariya” belə fərqlə qalib gəlib.
Almaniya klubu buna iki dəfə nail olub. Münhenlilər 2011/12 mövsümündə İsveçrə “Bazel”ini, 2014/15 mövsümündə isə Ukrayna “Şaxtyor”unu 8:0 hesabı ilə məğlubiyyətə uğradıb.