İngiltərə Kubokunda 1/4 finala start verilib. ONA-nın məlumatına görə, mərhələnin ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Günün gözlənilməz nəticəsi “Mançester Yunayted”in mübarizəni dayandırması olub. “Qırmızı şeytanlar” səfərdə gözlənilmədən “Vulverhempton”a 1:2 hesabı ilə uduzublar.
Mançesterin digər təmsilçisi - “Mançester Siti” isə "Suonsi" səfərindən qalib dönüb. “Şəhərlilər” 0:2 hesabı ilə geri düşdüyü matçda geridönüş edərək, 3:2 hesablı əzmkar qələbə qazanıb.
Sonuncularla yanaşı, “Vulverhempton” və “Uatford” mübarizəni yarımfinalda davam etdirəcəklər.
Qeyd edək ki, sonuncu yarımfinalçı bu gün keçiriləcək “Miluol” – “Brayton” matçında müəyyənləşəcək.
İngiltərə Kuboku
1/4 final
16 mart
“Uatford” – “Kristal Palas” – 2:1
Kapu, 27, Qray, 79 – Batşuayi, 62
“Suonsi” – “Mançester Siti” – 2:3
Qrimes, 20, (pen.), Selina, 29 – Bernardo Silva, 69, Nordfelt, 78, (avtoqol), Aquero, 88
“Vulverhempton” – “Mançester Yunayted” – 2:1
Raul Ximenez, 70, Jote, 76 – Raşford, 90