• İDMAN

    23:33 30 mart 2019

“Mançester Siti” yenidən liderliyə yüksəlib, “Haddersfild” Premyer Liqa ilə vidalaşıb

İngiltərə Premyer Liqasında XXXII tur başlayıb.

ONA-nın məlumatına görə, turun ilk günündə 7 qarşılaşma keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” “Fulhem”ə qalib gəlib. Bu qələbə “şəhərlilər”in yenidən lider olması üçün kifayət edib.

Mançesterin digər təmsilçisi isə “Uotford”u qəbul edib. “Mançester Yunayted” üç qolun vurulduğu matçda 3 xal qazanıb – 2:1.

Avrokuboklar uğrunda mübarizə aparan komandalardan “Lester” “Vulverhempton”a qalib gəlib. “Vest Hem” isə öz meydanında “Everton”a uduzub.

Çempionatın autsayderi “Haddersfild” səfərdə “Kristal Pelas”a məğlub olub. Bu yenilgidən sonra komandanın Premyer Liqanı tərk edəcəyi rəsmiləşib. Hesabında cəmi 14 xalı olan “Haddersfild” sona 6 tur qalmış yüksək dəstə ilə vidalaşmaqla Premyer Liqanın antirekordu təkrarlayıb. Bunadək “Derbi” 2007/08, “İpsviç” 1994/95 mövsümündə finişə 6 tur qalmış aşağı dəstəyə yuvarlanıb.

Qeyd edək ki, turun digər oyunları martın 31-də və aprelin 1-də keçiriləcək.

İngiltərə Premyer Liqası
XXXII tur
30 mart
“Fulhem” – “Mançester Siti” - 0:2

Bernardo Silva, 5, Aquero, 22
“Brayton” – “Sauthempton” – 0:1
Hoybyerq, 53
“Bernli” – “Vulverhempton” – 2:0
Koadi, 2 (avtoqol), Maknil, 77
“Kristal Pelas” – “Haddersfild” – 2:0
Milovoyeviç, 76 (pen.), Van Anholt, 88
“Lester” – “Bornmut” – 2:0
Morqan, 11, Vardi, 82
“Mançester Yunayted” – “Uotford” – 2:1
Reşford, 28, Marsial, 72 – Dukur, 90
“Vest Hem” – “Everton” – 0:2
Zuma, 5, Bernard, 33

N

Klublar

O

Q

H

M

T-F

X

1

Mançester Siti

31

25

2

4

81-21

77

2

Liverpul

31

23

7

1

70-18

76

3

Tottenhem

30

20

1

9

57-32

61

4

Mançester Yunayted

31

18

7

6

60-41

61

5

Arsenal

30

18

6

6

63-39

60

6

Çelsi

30

17

6

76

50-33

57

7

Lester

32

13

5

14

42-43

44

8

Vulverhempton

31

12

8

11

38-38

44

9

Uotford

31

12

7

12

43-46

43

10

Everton

32

12

7

13

45-42

43

11

Vest Hem

32

12

6

14

41-48

42

12

Bornmut

32

11

5

16

43-58

38

13

Kristal Pelas

31

10

6

15

38-41

36

14

Nyukasl

31

9

8

14

31-40

35

15

Brayton

30

9

6

15

32-43

33

16

Sauthempton

31

8

9

14

35-50

33

17

Bernli

32

9

6

17

37-59

33

18

Kardiff

30

8

4

18

27-57

28

19

Fulhem

32

4

5

23

29-72

17

20

Haddersfild

32

3

5

24

18-59

14

Tahir

Teqlər:

SON XƏBƏRLƏR