• İDMAN

    19:50 12 may 2019

“Mançester Siti” ardıcıl ikinci dəfə çempion olub, “Liverpul” yenə qızıl medala həsrət qalıb - VİDEO

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

ONA-nın məlumatına görə, XXVIII turun oyunları eyni gündə və eyni saatda başlayıb.

Son tur çempionun adına aydınlıq gətirib. Qızıl medallara iddialı olan “Mançester Siti” və “Liverpul” ən güclünü qiyabi mübarizədə müəyyənləşdirib.

Sonuncular evdə “Vulverhempton”u qəbul edibsə, “şəhərlilər” səfərdə “Brayton”la görüşüb. Tura qədər bir xal üstünlüyünə malik Mançester klubu qalib gəlmək vəzifəsinin öhdəsindən gəlməyi bacarıb. Oyunun gedişində məğlub duruma düşən Pep Qvardiolanın yetirmələri 4:1 hesablı əzmkar qələbə ilə xal hesabını 98-ə çatdırıblar. Bununla da “Mançester Siti” ardıcıl 2-ci, tarixdə 6-cı dəfə İngiltərə çempionu tituluna yiyələnib.

1989/90 mövsümündən sonra çempionluğa həsrət qalan mersisaydlılar 2:0 hesablı ev qələbəsi ilə xal hesabını 97-yə çatdırsalar da, ikinci yerlə kifayətləniblər. 18 qat İngiltərə çempionu mövsümün gedişində böyük üstünlüyünü qoruyub azarkeşlərini sevindirməyi bacarmayıb.

Sonuncu tur bürünc medalın da taleyini aydınlıq gətirib. “Çelsi” “Lester”lə görüşdə xal itirsə də 3-cü yeri qoruya bilib. Buna “Tottenhem”in “Everton”u məğlub edə bilməməsi səbəb olub.

İngiltərə Premyer Liqası
XXXVIII tur
12 may
“Brayton” – “Mançester Siti” – 1:4

Mürrey, 27 – Aquero, 28, Laport, 38, Mahrez, 64, Gündoğan, 72
“Bernli” – “Arsenal” – 1:3
Barnes, 65 - Obameyanq, 52, 63, Nketia, 90
“Kristal Pelas” – “Bornmut” – 5:3
Batşuayi, 24, 32, Simpson, 37 (avtoqol), Van Anholt, 65, Taundsend, 80 – Lerma, 45, Co, 57, Kinq, 69
“Fulhem” – “Nyukasl” – 0:4
Şelvi, 9, Peres, 11, Şar, 61, Rondon, 90
“Lester” – “Çelsi” – 0:0
“Liverpul” – “Vulverhempton” – 2:0
Mane, 17, 81
“Mançester Yunayted” – “Kardiff” – 0:2
Mendes-Lanq, 23 (pen.), 54
“Sauthempton” – “Haddersfild” – 1:1
Redmond, 41 – Pritçard, 55
“Tottenhem” – “Everton” – 2:2
Dayer, 3, Eriksen, 75 – Uolkott, 69, Tosun, 72
“Uotford” – “Vest Hem” – 1:4
Delulofeu, 46 – Noble, 15, 78 (pen.), Lanzini, 39, Arnautoviç, 71

N

Klublar

O

Q

H

M

T-F

X

1

Mançester Siti

38

32

2

4

95:23

98

2

Liverpul

38

30

7

1

89:22

97

3

Çelsi

38

21

9

8

63:39

72

4

Tottenhem

38

23

2

13

67:39

71

5

Arsenal

38

21

7

10

73:51

70

6

Mançester Yunayted

38

19

9

10

65:54

66

7

Vulverhempton

38

16

9

13

47:46

57

8

Everton

38

15

9

14

54:46

54

9

Lester

38

15

7

16

51:48

52

10

Vest Hem

38

15

7

16

52:55

52

11

Uotford

38

14

8

16

52:59

50

12

Kristal Pelas

38

14

7

17

51:53

49

13

Nyukasl

38

12

9

17

42:48

45

14

Bornmut

38

13

6

19

56:70

45

15

Bernli

38

11

7

20

45:68

40

16

Sauthempton

38

9

12

17

45:65

39

17

Brayton

38

9

9

20

35:60

36

18

Kardiff

38

10

4

24

34:69

34

19

Fulhem

38

7

5

26

34:81

26

20

Haddersfild

38

3

7

28

22:76

16

ONA

Teqlər:

SON XƏBƏRLƏR