• İDMAN

    14:43 16 may 2019

“Mançester Siti”nin işi UEFA-nın məhkəmə palatasına verilib

İngiltərənin “Mançester Siti” klubunun maliyyə feyr-pleyini pozmasının mümkünlüyü ilə bağlı məsələ UEFA-nın klubların maliyyə nəzarəti üzrə məhkəmə palatasına verilib.

ONA-nın məlumatına görə, bu qərar qitə futbol qurumunun baş müstəntiqi tərəfindən qəbul olunub.

UEFA araşdırmalar başa çatana qədər məsələylə bağlı açıqlama verilməyəcəyini də bəyan edib. Qurumun maliyyə nəzarəti üzrə istintaq palatası Mançester təmsilçisini avrokuboklardan kənarlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Premyer Liqa klubu maliyyə feyr-pleyinin pozulması ilə bağlı sonuncu işlə bağlı UEFA-ya verilən sənədlərin düzgün olmamasında ittiham edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR