“Mançester Yunayted” “Çelsi”ni darmadağın etdi
  • İDMAN

  • 22:32 11 Avqust 2019

“Mançester Yunayted” “Çelsi”ni darmadağın etdi


İngiltərə Premyer Liqasında ilk tuta yekun vurulub.
APA -nın məlumatına görə, turun son oyun günündə 3 matç keçirilib.
“Lester”lə “Vulverhempton”un görüşündə azarkeşlər qol görməyib. “Arsenal” səfərdə “Nyukasl”ı bir qolla məğlub edib.
Turun mərkəzi görüşü “Old Trafford”da baş tutub. “Mançester Yunayted” “Çelsi”ni qəbul edib. Meydan sahibləri London təmsilçisinin baş məşqçisi Frenk Lempardın debütünü “korlayıblar” – 4:0.
Qeyd edək ki, növbəti turun oyunları avqustun 17-19-da keçiriləcək.
İngiltərə Premyer Liqası
I tur
11 avqust
“Lester” – “Vulverhempton” – 0:0
“Nyukasl” – “Arsenal” – 0:1
Obameyanq, 58 “Mançester
Yunayted” – “Çelsi” – 4:0
Reşford, 18 (pen.), 67, Marsial, 65, Ceyms, 81

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR