• İDMAN

    11:57 20 aprel 2019

“Mançester Yunayted” Lukakunu satır

İngiltərənin “Mançester Yunayted” klubu belçikalı hücumçusu Romelu Lukakunu satmağa qərar verib.

ONA-nın məlumatına görə, baş məşqçi Ole-Qunnar Sulşerin yayda aparmaq istədiyi ciddi islahatlar zamanı komandadan ayrılacaq ilk oyunçu belçikalı ola bilər.

Amma bunun gerçəkləşməsi üçün sərfəli təklifin olması zəruridir. R.Lukakunun transferində onun yüksək maaşı problem yarada bilər. Çünki hücumçu həftədə 255 min funt qazanır ki, bunu da hər klub vermək gücündə deyil. Onunla İtaliya “İnter”i, Fransa PSJ-si və Almaniya “Bavariya”sı danışıqlar aparır. Futbolçunun agenti bildirib ki, belçikalı İtaliya variantına üstünlük verir.

R.Lukaku “Mançester Yunayted”in transferə çıxaracağı yeganə oyunçu deyil. Aleksis Sançes, Matteo Darmian, Markos Roxo, Xuan Mata və Ander Errera da satışa çıxarılır. İngiltərə təmsilçisi Erik Bayi və David de Xea ilə bağlı yekun qərarı verməyib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR