İngiltərənin “Mançester Yunayted” klubu Markus Reşfordu heyətində saxlamaq niyyətindədir.
ONA-nın məlumatına görə, mançesterlilər bu səbəbdən də hücumçuya cəlbedici təklif edib.
Klub rəhbərliyi M.Reşfordun maaşının 4 qat artıracaq. Həftədə 75 min funt sterlinq qazanan forvard yeni anlaşmanı imzalasa, bu rəqəm 300 minə çatacaq.
Bununla da M.Reşford “Mançester Yunayted”də ən çox qazanan ikinci futbolçu olacaq. Yalnız Aleksis Sançesin maaşı daha yüksəkdir.