• İDMAN

    15:40 17 may 2019

“Mançester Yunayted” “Nyukasl”dan futbolçu transfer edir

İngiltərənin “Mançester Yunayted” klubu yeni mövsüm üçün heyətini gücləndirmək yönündə fəaliyyətə başlayıb.

ONA-nın məlumatına görə, klub rəhbərliyi yarımmüdafiə xəttinə daha çox diqqət ayırmağa qərar verib.

Mançesterlilər “Nyukasl”ın orta sahə oyunçusu Şon Lonqstaffı heyətinə qatmaq istəyir. 21 yaşlı yarımmüdafiəçinin transferində baş məşqçi Ole-Qunnar Sulşer maraqlıdır.

Məhz onun istəyi ilə keçidlə bağlı danışıqlara start verilib. Norveçli mütəxəssisin bu istəyi onun heyətin özəyini britaniyalı oyunçulardan təşkil etmək istəyi ilə bağlıdır.

Qeyd edək ki, “Nyukasl”ın yetirməsi olan Ş.Lonqstaff əsas komandada 3 il əvvəl debüt edib. O, Premyer Liqanın son mövsümündə keçirdiyi 9 oyunda 1 qol vurub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR