İngiltərənin “Mançester Yunayted” klubunun yeni mövsümdən çalışdıracaq baş məşqçi müəyyənləşib.
ONA-nın məlumatına görə, Premyer Liqa klubu indiki çalışdırıcısı Ole-Qunnar Sulşerlə yeni müqavilə imzalayıb.
Norveçli mütəxəssislə üç illik anlaşma əldə olunub. 2018-ci ilin dekabrın bu vəzifədə portuqaliyalı Joze Mourinyonu əvəzləyən O.Q.Sulşer 2022-ci ilin yayına qədər “Mançester Yunayted”də rəhbərlik edəcək.
Qeyd edək ki, ilkin müqaviləsi cari mövsümün sonunadək olan baş məşqçinin rəhbərliyi altında Premyer Liqada 13 oyun keçirən mançesterlilər 32 xal toplayıb.