“Mançester Yunayted” Premyer Liqada Sulşerin rəhbərliyi altında ilk məğlubiyyətini alıb - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 22:40 10 Mart 2019

“Mançester Yunayted” Premyer Liqada Sulşerin rəhbərliyi altında ilk məğlubiyyətini alıb - VİDEO

İngiltərə Premyer Liqasında XXX turun son üç qarşılaşması keçirilib. ONA-nın məlumatına görə, çempionluq uğrunda mübarizə aparan “Liverpul” “Bernli”ni qəbul edib.
Matçda hesabı qonaqlar açsalar da, Yurgen Kloppun yetirmələri meydandan üç xalla ayrılıblar – 4:2. “Çelsi” isə iddialıların qənimi olan “Vulverhempton”la oyunda xal itirib – 1:1.
Turun mərkəzi görüşü Londonda baş tutub. Turnir cədvəlində qonşu olan “Arsenal”la “Mançester Yunayted”in duelində meydan sahibləri qələbə qazanıblar – 2:0.
Bu, mançesterlilərin Ole-Qunnar Sulşerin rəhbərliyi altında Premyer Liqada aldığı ilk məğlubiyyət olub. Joze Mourinyonu əvəzləyən norveçlinin yetirmələri bunadək çempionatda keçirdikləri 12 qarşılaşmada uduzmamışdı (10 qələbə, 2 heç-heçə).

İngiltərə Premyer Liqası

XXX tur

10 mart

“Liverpul” – “Bernli” – 4:2

Firmino, 19, 67, Mane, 29, 90+3 – Vestvud, 6, Qudmundson, 90+1

“Çelsi” – “Vulverhempton” – 1:1

Azar, 90+2 – Ximenes, 56

“Arsenal” – “Mançester Yunayted” – 2:0

Caka, 12, Obameyanq, 69 (pen.)

N

Klublar

O

Q

H

M

T-F

X

1

Mançester Siti

30

24

2

4

79-21

74

2

Liverpul

30

22

7

1

68-17

73

3

Tottenhem

30

20

1

9

57-32

61

4

Arsenal

30

18

6

6

63-39

60

5

Mançester Yunayted

30

17

7

6

58-40

58

6

Çelsi

29

17

6

6

50-31

57

7

Vulverhempton

30

12

8

10

38-36

44

8

Uotford

30

12

7

11

42-44

43

9

Vest Hem

30

11

6

13

37-43

39

10

Lester

30

11

5

14

38-42

38

11

Everton

30

10

7

13

41-42

37

12

Bornmut

30

11

4

15

41-54

37

13

Nyukasl

30

9

7

14

29-39

34

14

Kristal Pelas

30

9

6

15

36-41

33

15

Brayton

29

9

6

14

32-42

33

16

Sauthempton

30

7

9

14

34-50

30

17

Bernli

30

8

6

16

34-57

30

18

Kardiff

30

8

4

18

27-57

28

19

Fulhem

30

4

5

21

28-68

17

20

Haddersfild

30

3

5

22

15-53

14

Арсенал 2-0 Манчестер Юнайтед Обзор матча 10 марта 2019 от SportObzor на Rutube

Vüqar Xeyrullayev

Teqlər: Mançester Yunayted Sulşer

OXŞAR XƏBƏRLƏR