“Mançester Yunayted”in əfsanəsi həbs olunub
  • İDMAN

  • 17:13 17 Aprel 2019

“Mançester Yunayted”in əfsanəsi həbs olunub

İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi Niki Batt həbs olunub.

ONA-nın məlumatına görə, sabiq futbolçu həyat yoldaşı ilə münaqişə üzündən saxlanılıb.

Hazırda Mançester klubunun futbol akademiyasının rəhbəri olan 44 yaşlı N.Battın gecə saat 2-də evə gəldiyi üçün həyat yoldaşı ilə mübahisəsi düşüb. Dava-dalaş polisin hadisə yerinə çağırılması ilə nəticələnib.

Sabiq futbolçunun xanımında kiçik xəsarətlər aşkarlanıb. Lakin Şelli Barlou xəstəxanaya yerləşdirilməkdən imtina edib. Futbolçu isə hadisənin araşdırılması üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, N.Batt 1992-2004-cü illərdə “Mançester Yunayted”də çıxış edib. O, komandası ilə Çempionlar Liqası və Qitələrarası kubokun, daxili arenada isə 6 dəfə Premyer Liqanın, 2 dəfə ölkə kubokunun, 4 dəfə Superkubokun qalibi olub.

Vüqar Xeyrullayev

Teqlər: Mançester Yunayted həbs Niki Batt

OXŞAR XƏBƏRLƏR