• İDMAN

    10:24 6 aprel 2019

“Mançester Yunayted”in transfer etmək istədiyi "üçlük" açıqlanıb

İngiltərənin “Mançester Yunayted” klubunun transfer siyahısı müəyyənləşib.

ONA-nın məlumatına görə, Premyer Liqa klubu İngiltərə yığmasının üç futbolçusunu heyətinə qatmağa qərar verib.

Mançesterlilər Uels yığmasının və İspaniyanın “Real” klubunun ulduzu Qaret Beylin transfer arzusundan imtina etməyə qərar veriblər. Əvəzində klub rəhbərliyi Dortmund “Borussiya”sından Ceydon Sanço, “Çelsi”dən Kallum Hadson-Odoi və “Vest Hem”dən Deklan Raysın keçidini həll etməyə çalışır.

Qeyd edək ki, “Mançester Yunayted” yay “transfer pəncərəsi” zamanı heyətində ciddi islahatlar aparacaq. Komandanı ən azı altı futbolçunun tərk edəcəyi bildirilir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR